Bayraktar Akıncı pilotu Koksal Ümüzer pilotsuz uçuş aparatının 2 min km yol qət edərək Azərbaycana gəlməsindən danışıb. AzVision.az -a müsahibə verən pilot qeyd edib ki, Türkiyədən Azəbaycana PUA-nın uçaraq gətirilməsi icazələrlə birlikdə 20 gündən çox vaxt alıb. “Bundan sonra TEKNOFEST üçün iki uçuş aparatımız hazırlandı və Tekirdağdan start götürdü. 2100 km yolu qət edərək Türkiyədən qalxıb, Gürcüstan üzərindən keçərək Bakıya endik. 5 saatlıq dövr heç bir problem yaşanmadan reallaşdırıldı. İki uçuş aparatının Bakıya gəlməsi 10 saat müddətdə reallaşdırıldı”.
Koksal Ümüzer bildirib ki, PUA-nın uçuşu mülki uçuşlardan fərqlənməyib: “Normal uçuşlarda olduğu kimi icazələr alınaraq gəldik. Uçuşumuz 4-5 nəfərlik qrupla reallaşdırıldı. Eyni zamanda Bakıda da 3 nəfərlik pilot heyətimiz var idi”.
Akıncı pilotu” TEKNOFEST Azərbaycan” festivalının şən və izdihamlı olduğunu qeyd edib:
“Burada olmaq həyacanvercidir. Dünəndən festival start götürüb. İştirakçıların böyük marağını görürük. Bu gün daha çox iştirakçının olacağı deyilir. Həyacan və istəklərə baxanda Azərbaycandakı festival Türkiyədən geri qalmır və burada oradakı izdihamı görürük”.
K.Ümüzer Bakını gəzdiyini, Qız Qalası və İçərişəhərdə olduğunu deyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man