Belə "Mercedes 190" heç yerdə görməmisiniz - FOTO

29 May 2022 | 15:18
OXUNUB: 1278

1980-ci illərin sonu. Dünya avtomobil sənayesi elektrik modellərinə keçid üzərində işləyir. Mercedes də Almania hökumətinin dəstəyi ilə bu sahəyə sərmayə qoyur. Avtosfer.az-ın xəbərinə görə, elektromobilin hazırlanması üçün 190 modeli seçilir. Ayrı bir sexdə avtomobilin üzərində gecə-gündüz iş gedir. Beləcə natrium xlorid və nikel akkumulyatorlu Mercedes 190 Elektro ortaya çıxır. Real keyfiyyəti yoxlamaq üçün avtomobil Baltik dənizindəki adalardan birində yoxlanılır. Burada elektrik hasilatı külək və günəş batareyaları ilə təmin edilirdi.


Cəmi 10 ədəd hazırlanmış prototipdən biri də berlinli taksi sürücüsünə sınaq üçün verilir. Elə ən çox yol qət edən də bu avtomobil olur – 100 000 km. 44 at gücü mühərrikə malik avtomobilin sürəti də elə modelinə uyğun idi – 190 km/saat. Yeni texnika özünü doğrultdu və o dövr üçün kifayət qədər yüksək göstəricilərə malik idi. 
Avtomobil kütləvi istehsala çıxarılmasa da, alman mühəndislər üçün sınaq meydançası oldu. Onun hazırlanmasında qazanılan təcrübədən sonrakı illərdə hibrid və elektromobillərin istehsalında geniş istifadə edildi.

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man