Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qax rayon Heydər Əliyev Mərkəzində Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edib.
Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, qəbul qurumun müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilib.
Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
S.Mehdiyev qaldırılan məsələlərin bir qismini yerindəcə həllini edib, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man