Aviabiletlərin baha olmasının yaratdığı problemlər - Deputat AÇIQLADI

27 May 2022 | 16:09
OXUNUB: 617

“Azad iqtisadi zona iqtisadiyyatımıza açılmış nəfəslikdir. Əgər biz ondan doğru istifadə edə bilməsək, iqtisadiyyatımızın inkişafında ciddi problemlər olacaq”.  

Avtosfer.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.


Deputat qeyd edib ki, Ələt azad iqitisadi zonası vasitəsilə digər sferada olan əsas iqtisadiyyatımızın təməl şərtlərinin dəyişməsinə fürsət verəcək:  

“AİZ-də hərəkət və canlanma bütün iqtisadiyyatımıza ciddi təsir göstərəck. Digər tərəfdən, sorğulara baxsaq görə bilərik ki, rusiyalı turistlər Azərbaycandan çox digər ölkələri seçirlər. Əsas səbəblərdən biri də təyyarə biletlərinin bahalığı ilə bağlıdır. Biz inhisarçılıqla bağlı problemləri həll edə bilmədiyimiz üçün bu məsələlər ortaya çıxır. Ələt AİZ-ə isə düşünürəm ki, istənilən səviyyədə səlahiyyətlər verilməlidir”.  

Deputat oxşar AİZ-lərin digər bölgələrimizdə yaradılmasının vacibliyini də diqqətə çatdırıb.  

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man