Prezidentdən Səfərbərlik Xidməti ilə bağlı fərman

14 Aprel 2022 | 18:54
OXUNUB: 1556
"Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” təsdiq edilib.
 
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
 
Bundan başqa, "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqləndirmə nişanlarının təsvirləri” də təsdiq edilib.
 
Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını iki ay müddətində müəyyən etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.  
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man