Rusiya Azərbaycan vasitəsi ilə dəmir yolu daşımalarını 37 % artırıb

27 May 2022 | 12:29
OXUNUB: 875

Bu ilin mart ayında Rusiyadan ixrac dəmir yolu daşımalarının strukturunda 4 ölkəyə taxta tədarükü kəskin artıb.

Avtosfer.az xəbər verir ki, bu barədə meşə uçotu və meşə idarəçiliyi vəzifələrinin kompleks həllində ixtisaslaşan ümumrusiya təşkilatı “Roslesinforq” məlumat yayıb.

Martda bu sahədə ən çox artım Belarus (181 %), Türkiyə (163 %), Azərbaycan (37 %) və Misir (23 %) istiqamətlərində olub.

Hesabat dövründə Avropa sərhədlərinin keçməsi ilə əlaqəli olmayan, bütün istiqamətlərdə mişar ağacının daşınmasında artan tələbat müşahidə olunub. Məsələn, Rusiya-Çin və Rusiya-Qazaxıstan marşrutları üzrə taxta yüklərin daşınmasında iki dəfə artım olub.

Eyni zamanda, əgər əvvəllər Türkiyəyə tədarükün yarıdan çoxu (əsasən mişarlanmış taxta və faner) Sankt-Peterburq dəniz limanlarından (St. Şuşarı və Avtovoy) və Krasnodar diyarından (Novorossiysk və Yeysk limanları) keçirdisə, indi sanksiyalar səbəbi ilə yerli ağac daşıyıcıları əhəmiyyətli həcmdə beynəlxalq taxta tədarükü həyata keçirmək üçün diqqətlərini dəmir yolu dəhlizlərinə yönəldib. Yük Bakıya, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə Türkiyəyə gedir.

Ötən il xaricə taxta yüklərin daşınmasının təqribən 65 %-ni dəmir yolu ilə həyata keçirilib. Eyni dövrdə 40 milyon tondan çox taxta daşınıb.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man