Bakını bürüyən “ölüm maşınları” - Ən çox qəzalar bu yollarda olur

Yol qəzaları 27 May 2022 | 16:38
OXUNUB: 1195

Yay mövsümünə yaxınlaşdıqca yol qəzalarının sayında artım müşahidə edilir. Xüsusilə magistral yollarda qəzaların artması narahatlıq doğurur. Təəssüf ki, yol nəqliyyat hadisələri bir çox hallarda faciə ilə nəticələnir - insanlar həyatlarını itirir, ömürlük şikəst qalırlar...

Qəzaların artmasına səbəb nədir? Yol terrorunun qarşısını necə almaq olar? 

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ölkəmizdə bir çox yolların bərbad vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, yollardakı vəziyyət bir çox hallarda qəzalara gətirib çıxarır:

“Burada yalnız yol örtüyünün, asfaltın yaxşı olmağı əsas götürülməməlidir. Əgər biz yoldan danışırıqsa, onun tam infrastrukturundan söz açmalıyıq. Yol infrastrukturu dedikdə, burada yolların xətlənməsi, nizamlanması və təbii ki, işıqlandırılması nəzərdə tutulur. Bu gün ölkəmizdə elə şəhərlərarası əhəmiyyətli magistiral yollar var ki, onlar heç işıqlandırılmayıb, qaranlıqdır və çala-çuxurdur. Qəzaların çox olmasının səbəbləri də bütün bu infrastrukturun standartlara cavab verməməsi və vaxtı-vaxtında təmir edilməməsidir”.

Ekspertin fikrincə, qəzaların baş verməsinin əsas səbəbi sürücülərin qaydalara əməl etməməsi və məsuliyyətsizliyidir:

 “Bu gün bir çox sürücülər dönmə hərəkətini həyata keçirirərkən dönmə işıqlarından istifadə etmirlər. Hava qaralıq olanda işıqlandırmadan zəif istifadə edirlər. Bunlar təbii ki, qəzaların baş verməsinin əsas səbəbləridir. Bu gün qeyd etmək lazımdır ki, hər bir yolda sürücünü “sürpriz” gözləyə bilər. Biz bu dəqiqə deyə bilmərik ki, Azərbaycanda hansı yollar daha təhlükəsizdir. Təbii ki, birinci dərəcəli magistiral yollar daha təhlükəsiz sayılmalıdır. Lakin biz görürük ki, hətta bu yollarda da müəyyən çatışmazlıqlar olur. Misal olaraq deyə bilərəm ki, belə yollarda çala-çuxurlar yaranır”.

Ekspert bunun səbəblərini belə izah edib:

“Bu çala-çuxurların yaranması adətən ağır tonnajlı avtomobillərin, yük daşıyan maşınların normadan artıq yüklənərək həmin yollarda şütüməsidir. Əlbəttə ki, belə olan halda yollar daha tez sıradan çıxır. Bu da yolverilməzdir. Həmin o ağır tonnajlı yük daşıyan avtomobillərin daimi olaraq neçə ton yük götürməsi nəzarətdə saxlanmalıdır. Məlum olduğu kimi, bunun üçün magistiral yollarda çəkilər, tərəzilər quraşdırılır”.

 

 

Son zamanlar paytaxtda “Toyota Prius” markalı avtomobillərin sayının artması və qəzalara səbəb olmasından söz açan ekspert bu barədə fikirlərini bölüşərək deyib:

 

“Bakı şəhəri ərazisində daha çox köhnə “Prius” tipli maşınların qəzaya səbəb olmasına gəldikdə ilk növbədə qeyd etmək lazımdır ki, bu avtomobillər ölkəmizə ikinci əl olaraq gətirilir. Bir çoxu artıq ömrünü başa vurmuş köhnə avtomobillərdir. Eyni zamanda, məlumdur ki, bu avtomobilləri taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız istifadə edir və onlar taksi fəaliyyətini daha çox mobil tətbiq vasitəsilə həyata keçirir. Belə avtomobillərin tez-tez qəzaya uğramasının əsas səbəbi sürücü məsuliyyətsizliyi, avtomobili idarə edərkən mobil tətbiqə başının qarışması, telefonla danışması və s. ola bilər. Onu deyə bilərəm ki, ümumiyyətlə, köhnə, istifadəyə yararsız maşınların qəza törətməsi zamanı daha çox ağır fəsadlar, ölüm halları baş verir. Biz buna köhnə sovet maşınlarını da misal çəkə bilərik”.

 

Yol qəzalarının daha çox hansı ərazilərdə qeydə alınmasına gəlincə, mütəxəssis bunlara nümunələr gətirib:

“Qeyd etdiyim kimi, işıqsız olan yollarda qəzalar daha çox olur. Buna misal olaraq Hacıqabul ərazisini qeyd edə bilərik. Daha çox qəzaların baş verdiyi magistirallara gəlincə, Quba, Kürdəmir magistrallarını göstərmək olar. Eyni zamanda şəhəriçi yollarda da qəzalar çox olur. Bakıda daha çox Ziya Bünyadov prospektində qəzalar baş verir. Ümumiyyətlə, intensiv hərəkət olan yollarda həmişə qəzalar çox qeydə alınıb”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man