Velosipedçinin yük maşını arxasında təhlükəli gəzintisi - VİDEO

27 May 2022 | 08:23
OXUNUB: 1233

Küçükçekmecedə yük maşınının arxasından yapışaraq velosiped sürən şəxs olduqca təhlükəli anlar yaşadıb. Sanki öz sürətini ölçürmüş kimi yük maşınının düz arxasınca gedən velosipedçinin qəza vəziyyəti yaratdığı anlar kameraya əks olunub.

E-5 şossesi üzərindəki Küçükçekmece Cennet Mahallesi ərazisində hərəkət edən velosipedçi görənləri qorxudub. O, yük maşınının arxasına yaxınlaşaraq maşının arxasındakı kəndirlərdən yapışıb və uzun müddət bu şəkildə irəliləyib.

Bir müddət sonra yapışmaqda çətinlik çəkib və pedallarını sürətlə çevirərək maşının dibinə girməyə çalışıb. Yük maşınına çata bilmədiyini gördükdə maşının ani əyləci basması ilə baş verə biləcək faciənin fərqində olmadan və arxa tərəfdən gələn avtomobillərə diqqət etmədən əsasən motosikletçilərin istifadə etdiyi təhlükəsizlik zolağına keçib. Bu arada onun arxasında heç bir nəqliyyat vasitəsinin olmaması da baş verə biləcək qəzanın qarşısını alıb. Velosipedçinin həm özünün, həm də hərəkətdə olan digər sürücülərin həyatına məhəl qoymadığı o anlar başqa bir avtomobildə olanlar tərəfindən mobil telefonun kamerasına çəkilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man