Oğuz rayonuna gələn sel körpünü uçurub.
Avtosfer.az xəbər verir ki, rayonun Yaqublu və Yenikənd kəndlərini birləşdirən körpü dağlardan gələn sel suları nəticəsində qəzalı vəziyyətə düşüb. Belə ki, hazırda həm Yaqublu, həm də Yenikənd kəndlərində yaşayan sakinlər körpüdən istifadə edə bilmir. Yaqublu kənd bələdiyyəsinin sədri Akif Əliyev “Report”un yerli bürosuna bildirib ki, iki kəndi birləşdirən körpü hazırda qəzalı vəziyyətdədir: “Hazırda keçidin bərpası istiqamətində işlər aparılır”. Qeyd edək ki, Yaqublu kəndində 600, Yenikənd kəndində isə 400 nəfər yaşayır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man