Azərbaycanda dəmir yolu üzərində pilotsuz taksi sınaqdan keçiriləcək

26 May 2022 | 18:17
OXUNUB: 1174

Dəmir yolu reysləri üzərində innovativ taksi sistemi olan “ASAN Railway” layihəsi üzrə ilkin sınaqlar bu ilin sonunadək həyata keçiriləcək.

Bunu APA-ya “İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev deyib.

Xatırladaq ki, “ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2019-cu ilin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “İdrak Texnoloji Transfer” MMC arasında imzalanıb.

Hikmət Abdullayevin sözlərinə görə, son iki il ərzində pandemiya səbəbindən layihənin icrasında fasilə yarandı.

"Bu ilin sonuna nəzərdə tuturuq ki, öz tərəfimizdən hazırlanan sistemi təqdim edək və ilkin sınaq həyata keçirək",- deyə Hikmət Abdullayev qeyd edib.

Qeyd edək ki, “ASAN Railway” sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olmaqla elektronika, robototexnika və internet həllərlə yüksək keyfiyyətli təhlükəsizliyi və istənilən yerə istənilən vaxtda çatma imkanını təmin edəcək.”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man