Yol polisi reyd keçirdi -Narkoman sürücü saxlanıldı - FOTO

İctimai nəqliyyat 26 May 2022 | 16:29
OXUNUB: 1092

Ağstafa rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə və s. qayda pozuntularına yol verilən sürücülər barəsində qanuna müvafiq tədbir görülüb.

Bundan başqa monitorinq zamanı polis əməkdaşları tərəfindən “Toyota” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Həmin nəqliyyat vasitəsini idarə edən Əli Xasayev narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitədən istifadə etdiyi məlum olub. Cari il ərzində ikinci dəfə anoloji xətadanı törədən sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man