Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

26 May 2022 | 15:38
OXUNUB: 1075

Bakıda qətl hadisəsi törədilib.

Avtosfer.az-ın məlumatına görə, ötən gecə təcili tibbi yardım xidmətinə Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şinçi” düşərgəsindən müraciət daxil olub.

Həmin ünvana gedən tibbi yardım briqadası düşərgədəki evdə yaşayan 1975-ci il təvəllüdlü Mustafayev Vaqif Arif oğlunun vəziyyətinin ağır olduğunu müəyyən edərək onu Sabunçu Tibb Mərkəzinə çatdırıb.

Məlum olub ki, həmin şəxsin üzərində - gözaltı nahiyəsində, hər iki bazu hissəsində, əlində, dizində və başında xəsarətlər var. Xəstəxanaya çatdırılan şəxs 1 saat sonra ölüb.

İlkin araşdırmalar nəticəsində xəsarətlərin həmin şəxsə küt alətlə yetirilməsi müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda 47 yaşlı kişini döyərək öldürən şəxsin kimliyinin müəyyənləşdirilməsi, hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsinin üzə çıxarılması istiqamətində iş aparılır.

“Qafqazinfo”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man