İşğal altında olan Melitopoldakı rusiyalılar “Z” hərfi ilə işarələnmiş avtomobillərində taksi sürməyə başlayıblar.
Bu barədə “Zaporojye OVA” məlumat verib.
Bundan əlavə, qeyd olunur ki, Melitopolda rusiyalılar xüsusən də Rusiya hərbi texnikasının yerdəyişməsi ilə əlaqədar mobil rabitəni kəsiblər: Şəhərdəki əsas prospekt ilə böyük hərbi texnika karvanı Xerson istiqamətinə doğru hərəkət edib. Həmçinin işğalçılar şəhərdə əlavə nəzarət-buraxılış məntəqəsi qurublar: məntəqəyə pulemyotçular, hərbi maşınlar yerləşdirib və avtomobilləri seçmə qaydada yoxlayırlar.
Krım istiqamətində isə 15 taxıldaşıyan maşın şəhəri tərk edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man