Türkiyənin "Gökbey" helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər.
Bunu Avtosfer.az-a açıqlamasında Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Baş direktoru Temel Kotil deyib.
O bildirib ki, bu gün "Texnofest Azərbaycan"da nümayiş etdirilən "Gökbey" helikopterlərinin kütləvi istehsalına artıq başlanılıb: "Azərbaycana da bu helikopterlərin alınmasını təklif edirik. Tamamilə yerli istehsal olan bu helikopterlərin bəzi hissələri sonradan Azərbaycanda da hazırlana bilər. Sözügedən helikopterin hazırlanmasında təcrübəmizi də bölüşməyə hazırıq" - o qeyd edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man