Rəşad Nəbiyev: “Dörd gün ərzində hər kəs texnikanın gücünü görəcək”

Gündəm 26 May 2022 | 12:11
OXUNUB: 597

“Texnologiyalar gələcəkdir. Bu festivalın Azərbaycanda təşkil edilməsi iki ölkə arasında texnoloji inkişafa təkan verəcək”. 

Avtosfer.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində çıxışı zamanı deyib. 

O bildirib ki, bu festival gənclər üçündür:

“Ali Baş Komandanın əmri ilə gənc nəsil 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək Zəfər çalıb. “TEKNOFEST” son altı ayda bizim gənclərə birlikdə işləməyi, bir-birindən öyrənməyə öyrətdi. Bu festival gənclərdə texniki sahəyə olan maraqları artırdı.

Qaliblər mayın 28-də elan ediləcəklər və biz inanırıq ki, hər kəs qalib olacaq. Digər bir tədbir isə startap festivalı olacaq. Bu festivalda gənclərimiz xaricdən dəvət olunan investorlarla işləmək şansı qazanacaqlar. “TEKNOFEST Azərbaycan”ın davam edəcəyi dörd gün ərzində hər kəs texnikanın gücünü görəcək”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man