Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb - FOTO

26 May 2022 | 12:09
OXUNUB: 378

Masallıda keçmiş məhkumun evindən 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq H.Nuriyevin yaşadığı evə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 1 kiloqram 805 qram heroin, 3 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man