Ötən gün qaya parçalarının yola düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolu bərpa olunub.
Quba Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, hərəkətin bərpa olunması üçün əraziyə cəlb olunan xüsusi texnikaların köməkliyi ilə yolda hərəkət bərpa olunub.
Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man