Qız sevgilisi ilə marketin damını söküb oğurluq etdi - AZƏRBAYCANDA

25 May 2022 | 22:05
OXUNUB: 1357

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər də oğurluq əməlinə görə təqsirləndirilən 18 yaşlı Ağca Bayramova və sevgilisi 24 yaşlı İlkin Əliyev müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, araşdırma zamanı məlum olub ki, onlar rayonun Xaldan kəndi ərazisindəki marketin damından içəri daxil olaraq tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Araşdırmalarla onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq miqdarda ziyan vurduqları aşkar olunub. Faktla bağlı Yevlax rayon Polis Şöbəsində adıçəkilən şəxslər barəsində araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man