Selçuk Bayraktar:"Yüksək texnologiyalara maraq göstərən ölkələr daim azad olub"

Gündəm 25 May 2022 | 21:49
OXUNUB: 923

"Azərbaycanda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalına böyük maraq ölkənin yüksək texnologiyaların inkişafında maraqlı olması ilə bağlıdır. Bu cür ölkələr isə daim azad olub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və Festivalın İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib.

"TEKNOFEST" ilk dəfə 2018-ci ildə İstanbulda şəhərində keçirilib və tədricən genişlənərək dünyanın ən böyük festivalı olub. Azərbaycanda ona böyük maraq olması əhəmiyyətlidir. Biz iki ölkə nə vaxt bir yerdə olduqsa qazandıq, nə vaxt ayrı olduqsa itirdik. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm ki, bu layihəni dəstəklədilər və bu festivalın keçiriməsini himayə etdilər", - deyə o, qeyd edib.

S.Bayraktar rəhbərlik etdiyi "Baykar" şirkətinin Azərbaycanla bağlı layihələrinin olduğunu qeyd edib, "Akıncı" və "Bayraktar tb2 "ilə bağlı layihələrin dost ölkələrdə reallaşdırılmasının tərəfdarı olduğunu bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man