"Mercedes-Benz"diler mərkəzlərinin sayını azaltmağı planlaşdırır

25 May 2022 | 22:15
OXUNUB: 992

Mercedes-Benz avtomobillərin satış formatını dəyişdirməyi planlaşdırır. “Automotive News Europe” nəşrinin məlumatına görə, şirkət dilerlərin sayını azaldacaq və diqqəti birbaşa satışlara yönəldəcək, dilerlər isə daha çox satış sonrası xidmətlə məşğul olacaqlar. Bundan əlavə, gəncləşən auditoriya naminə Mercedes-Benz onlayn satış istiqamətini inkişaf etdirəcək: 2025-ci ilə qədər bütün əməliyyatların dörddə birini onlayn satışlar təşkil etməlidir.

Hələlik Mercedes-Benz inkişaf etmiş ölkələrdəki dilerlərin sayının azalması ilə məşğul olmağa hazırlaşır. Belə ki, Almaniyada 2025-ci ilədək avtosalonların sayı 20 faiz, bir sıra digər ölkələrdə isə 10 faiz azalmalıdır. Eyni zamanda, dünyanın ən böyük avtomobil bazarlarından biri olan Çində isə, alman şirkəti, əksinə, dilerlərin sayını artırmaq niyyətindədir.

Hazırda Mercedes-Benz şirkətinin diler şəbəkəsinə dünya üzrə 6 500’ə yaxın məntəqə daxildir ki, onlardan da 1000’i Almaniyada yerləşir. Onların əksəriyyəti 2025-ci ilə qədər “agentlər” kimi təsnifləşdiriləcək: yəni avtomobil satışından komissiya alacaqlar, lakin reklama sərmayə qoymayacaqlar. Satış gəlirləri azalacaq, lakin satış sonrası xidmətlər sayəsində onları eyni səviyyədə saxlamaq mümkün olacaqdır.

Mercedes-Benz şirkətinin maliyyə direktorunun sözlərinə görə, birbaşa satışları inkişaf etdirməklə şirkət həm müştəriyə yaxınlaşacaq, həm də qiymətlərə birbaşa nəzarət edə biləcəkdir. Auditoriyanın “cavanlaşmasını” nəzərə almaqla, internet vasitəsilə satış daha faydalı olacaq: Mercedes-Benz avtomobillərinin alıcısının orta yaşı son illərdə getdikcə aşağı düşür.

Bundan əlavə, yaxın gələcəkdə şirkət başlanğıc səviyyəli avtomobillərin sayını azaltmaq və dəbdəbəli avtomobillərin sayını artırmaqla özünün model  sırasına yenidən baxmaq niyyətindədir. İnvestisiyaların 75 faizi Top-End Luxury və Core Luxury “yuxarı” və orta seqmentlərinin inkişafına yönəldiləcək və ilkin Entry Luxury seqmentinin model çeşidi yeddidən dörd modelə endiriləcəkdir.

Autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man