Sürücülərə VACİB XƏBƏR VAR - 40 manat cərimə oluna bilərsiniz - VİDEO

İctimai nəqliyyat 25 May 2022 | 16:38
OXUNUB: 2488

Paytaxtın bir sıra ərazilərində taksilər avtobus dayanacaqlarını zəbt edirlər. Xüsusilə günün pik saatlarında belə hallarla daha çox rastlaşırıq. Nəticədə həm marşrutların intervalında ləngimələr yaranır, həm də sərnişinlər rahat şəkildə ictimai nəqliyyatdan istifadə edə bilmirlər.

Avtosfer.az xəbər verir ki, Neftçilər metrosu yaxınlığında yerləşən dayanacaqlarda da oxşar vəziyyət hökm sürür.

Avtobus sürücüləri deyiblər ki, taksi sürücüləri yol vermədiyindən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağa məcbur olurlar.

Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin isə məsələ ilə bağlı öz arqumentləri var. Onlar bildirirlər ki, taksilər üçün xüsusi yerləri ayrılmadığından, avtobus dayanacaqlarını zəbt etməli olurlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Baş İnspektoru Araz Əsgərli bildirib ki, Nəqliyyat vasitələrinin nəzərdə tutulmayan yerlərdə, o cümlədən avtobus dayanacaqların saxlanması inzibati xəta hesab edilir. O, belə hallara qarşı mütəmadi tədbrilərin görüldüyünü də bildirir.

Problemdən çıxış yolu isə yəqin ki, taksiparklarının yaradılmasıdır. Ancaq bunun nə zaman reallaşacağı hələlik bilinmir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man