Azərbaycana milli aviaşirkət niyə lazımdır? - REAL ARQUMENTLƏR

26 May 2022 | 01:00
OXUNUB: 3193

"AZAL" Hava Yollarının 2020-ci il üzrə maliyyə hesabatında zərər açıqlaması xeyli diskussiyalar səbəb olub. "Hətta bəziləri milli hava yolu aviaşirkəti Azərbaycana nə üçün lazımdır", - deyə suallar da səsləndirirlər.

Bununla bağlı iqtisadçı Fərhad Pərvizinin fikirləri və arqumentləri çox maraqlıdır. İqtisadçı ARB24 kanalına müsahibəsində bildirib ki, "AZAL"ın 2017-ci ilə qədər geosiyasi və işəgötürən kimi sosial rolu daha vacib idi.

"Azərbaycanın hər bir bölgəsində hava limanları var və bu hava limanları gəlirlə işləmirdi, lakin 44 günlük Vətən Müharibəsində həmin hava limanları texnikanın daşınmasında və hərbi məqsədlər üçün istifadədə xüsusi əhəmiyyətli rol oynadılar. Logistika baxımından vacibliyi Qələbəmizdə xüsusi rol oynadı", - deyə F.Pərvizi vurğulayıb.

Bundan başqa, pandemiya dövründə vətəndaşlarımızın evakuasiya edilməsində AZAL-ın müstəsna xidmətlərinə toxunan iqtisadçı dünyanın müxtəlif ölkələrinə çarter reysləri edən milli aviaşirkətin, bu missiyanı uğurla icra etdiyini xatırladıb.

“Bizim milli karqo şirkətimiz var – Silkvey. Belə pik zamanda kim Azərbaycana vaksin, maska gətirəcəkdi? Krizis zamanı niyə bizə milli aviaşirkət və digər milli şirkətlərin lazım olduğu özünü göstərdi. Pandemiyanın ən çox zərər vurduğu sahələrdən biri sərnişindaşıma oldu, çox böyük zərər gördü. Amma yükdaşımanın həcmi azalmadı, Silkvey bu sahədə dünya şirkətlərinin ilk onluğuna daxil oldu”.

F.Pərvizi əlavə edib ki, 2020-2021-ci illərin nəticələrinə görə, təkcə AZAL yox, dünyada hər hansı bir sərnişindaşıma aviaşirkətinin mənfəətlə çıxması inandırıcı deyil. 

AviaTravel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man