Mayın 23-də Zaporojye vilayətində Ukrayna ordusunun hərbçisi bir ay ərzində ikinci dəfə Rusiyanın “Su-25” hücum təyyarəsini vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu mayın 23-də Zaporojye vilayətində döyüş tapşırığını yerinə yetirərkən bir ay ərzində ikinci dəfə düşmənə bərpası mümkün olmayan itki yaşadıb. Hərbçimiz dəqiq zərbə ilə işğalçıların “Su-25” “Qraç” döyüş təyyarəsini məhv edib. Döyüşçümüz peşəkar, qətiyyətli hərəkətləri ilə bir çox soydaşımızın həyatını xilas edib”, - məlumatda qeyd olunur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man