Hövsanda təhlükəli vəziyyət: Sakinlər risk altındadır - VİDEO

Gündəm 25 May 2022 | 00:45
OXUNUB: 1364

Bu xəbərimiz Hövsanda yerləşən yaşayış binaları ilə bağlıdır. Daha doğrusu, bu binaların girişlərində sakinlərin həyatına təhlükə saçan beton plitələrdən danışacağıq.

Söhbət ondan gedir ki, həmin ünvanda doqquzmərtəbəli binanın bir girişindəki beton plitələr uçub, digər girişlərdəki plitələr də qəzalı vəziyyətdədir. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Vaxtında tədbir görülmədi və nəticədə yaşayış binasının girişində beton plitələr qəfil uçdu. Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsində yerləşən bu binalarda yaşayan sakinlər hər dəfə evlərinə girib-çıxanda ciddi təhlükə ilə üzləşdiklərini deyirlər. Qəsəbənin mərkəzində yerləşən 4 doqquzmərtəbəli yaşayış binasının girişləri qəzalı vəziyyətə düşüb, həyət isə baxımsız vəziyyətdədir. Sakinləri narahat edən problemlə bağlı 103 saylı mənzil kommunal istismar sahəsinin rəisi İlham Bayramov  bildirib ki, məsələdən xəbərdardırlar və problem tezliklə həll ediləcək. Qeyd edək ki, yaşayış binaları 1986-cı ildə inşa olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man