Köhnə avtomobili olanlara ŞAD XƏBƏR: SİZƏ PUL VERİLƏCƏK - VİDEO

25 May 2022 | 00:30
OXUNUB: 1151

Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Əlbəttəki bu proses  könüllü olacaq və avtomobil sahiblərinə qarşılıq olaraq pul verilməsi nəzərdə tutulur. 

Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb. Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükə hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır. O qeyd edib ki, hazırda azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Bu isə təhlükənin nə qədər ciddi olduğundan xəbər verir. Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir. O əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji təhlükə hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək Nazir müşaviri onu da qeyd etdi ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir. Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyasını nəzərdə tutan sənəd təsdiq olunması üçün aidiyyəti qurumlara təqdim edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man