Sürücülərə sevindirici XƏBƏR- ​Bu elektron lövhələr işləyəcək - VİDEO

Gündəm 25 May 2022 | 00:01
OXUNUB: 1115

4 ilə yaxındır ki, paytaxtın küçə və prospektlərindəki informasiya xarakterli elektron lövhələr işləmirdi.

Avtosfer.az xəbər verir ki, bu da sürücülərin işində çətinlik yaradırdı. Artıq bəzi elektron tablolar işlək vəziyyətə gətirilib. Hazırda həmin tablolarda hərəkət iştrakçıları üçün müəyyən  sosial çağırışlar yayımlanır... Uzun müddətdən sonra paytaxtın müxtəlif küçə və prospektlərində quraşdırılan elektron lövhələr yenidən işlək vəziyyətə gətirilib. Nəqliyyatı İntellektual İdarətetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov deyir ki, hələ ki həmin tablolarda 8 sosial çağırış yayımlanır. Gələcəkdə hərəkətin düzgün təşkili ilə bağlı bu say artırılacaq.  Qeyd edək ki, əvvələr həmin elektron tablolar vasitəsilə şəhərin hansı küçə və prospektlərində sıxlığın olması ilə bağlı sürücülər məlumatlandırılırdı. Sonradan həmin elektron lövhələr işləmədi. Nəqliyyat axınını ifadə edən qrafik sxemlərin yayımı nə zaman bərpa olunacaq?  Xatırladaq ki, lövhələrdəki informasiya xarakterli məlumatlar günün istənilən vaxtında aydın şəkildə görünür. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov əlavə edib ki, günün pik saatlarında mərkəzdəki monitorlar vasitəsilə şəhər küçələrinə nəzarət edilir. Sıxlıq müşahidə edilən küçə və prospektlər barədə kütləvi informasiya vasitələri ilə sürücülər məlumatlandırılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man