"Skoda" Afrikaya həsr olunmuş tələbə ralli avtomobilini nümayiş etdirib

24 May 2022 | 22:23
OXUNUB: 1143

Skoda şirkətinin Mlada Boleslavdakı Texniki məktəbi konseptual avtomobillərin yaradılması ənənəsini davam etdirir. Belə konseptlərin yaradılmasında, gələcəkdə istehsalatda çalışmaq üçün təcrübə qazanan tələbələr iştirak edirlər.

2020-ci ildə tələbələr Scala hetçbekinin əsasında yaradılmış Slavia rodsterini təqdim etmişdilər. İndi isə, pandemiya səbəbindən gecikən səkkizinci tələbə avtomobili işıq üzü görüb - Skoda Afriq krossoveri Kamiq modelinin yolsuzluq üçün təkmilləşdirilmiş və sazlanmış versiyasıdır.

Afriq, çex markasının bütün Volkswagen qrupunun fəaliyyətinə cavabdeh olduğu Şimali Afrikanın şərəfinə adlandırılıb. Bu ad əvvəllər Afrikada keçirilən Dakar rallisinə işarədir. Bildiyimiz kimi, ənənəyə uyğun olaraq, Skoda krossoverlərinin - Karoq, Kodiaq və başqalarının adları “Q” hərfi ilə bitir.

Avtomobilin inşasına tələbələrə dörd ay, yəni təxminən iki min saat gərək olub. Layihənin əsaslandığı Kamiq krossoverinin kuzovu nəzərəçarpacaq dərəcədə dəyişdirilib: arxa qapılar qaynaq edilib, təkər tağları, qanadlar və bamperlər böyüdülüb.

Tələbələr Fabia Rally2 evo ralli avtomobilinin görünüşündən ilham alıblar. Konsept yarış hetçbekindən antiqanadı, damdakı havalandırma girişi, kuzovdakı çoxlu stikerləri və salon quruluşunu alıb: burada yarış kresloları, altı nöqtəli təhlükəsizlik kəmərləri, sükan çarxı və cihazlar paneli var. Bundan başqa, Afriq ön tərəfdəki əlavə optikanı alıb.

Dəyişikliklərr nəticəsində avtomobilin uzunluğu 121 millimetr artaraq 4362 millimetrə çatıb, lakin qalan parametrlər dəyişməz qalıb. Krossover təhlükəsizlik qəfəsinə sahib olub, şassi yolsuzluqda hərəkət üçün modifikasiya olunub. Buna baxmayaraq, modelin kütləsi artmayıb, əksinə azalyıb - təxminən 100 kiloqram.

Texniki hissə tam şəkildə Octavia modelindən krossoverə "köçürülmüşdür". Bu, 190 at qüvvəsi  və 320 Nm fırlanma anı hasil edən  2,0-litrlik kompressorlu mühərrik, yeddi diapazonlu DSG “robotu” və arxa oxda muftası olan tam ötürmə sistemidir. Egzoz sistemi də yeni mühərrikə uyğunlaşdırılmalı idi.

Konsepsiyanın daha bir “fişkası” havadan içməli suyun alınması üçün nəzərdə tutulmuş qurğudur. Baqajdakı qurğu havanı atmosferdən alır, təmizləyir, soyudur, bundan sonra ondan su kondensasiya olunur.

Alınmış su, mikroorqanizmləri öldürən və zərərli kimyəvi maddələri parçalayan ultrabənövşəyi şüanlanması olan kaskad filtri ilə növbəti təmizlənməyə və minerallaşmaya məruz qalır. Bundan sonra suyu içmək olar və o, beş dərəcə Selsi temperaturunda çəndə saxlanılır.

Afriq, əsasən, texniki peşə məktəbinin tələbələrinin əvvəlki işləri kimi seriyaya getməyəcəkdir. Onların arasında Slavia rodsteri, Mountiaq pikapı, Sunroq kross-kabrioleti, Atero kupesi və digər konseptlər var. (Autograph)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man