Gəncədə sürücülər üçün qeyri-adi "yol nişanı"qoyulub - FOTO

24 May 2022 | 13:49
OXUNUB: 1088

Gəncə şəhəri, Dədə Qorqud küçəsində qeyri-adi "yol nişanı" qoyulub. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Belə ki, yolun hərəkət hissəsində yağışdan sonra dərin çuxurlar yaranıb. Sürücüləri təhlükədən qorumaq üçün çuxurun birinin üstünə stul qoyulub. Stul yolun düz ortasında qalıb. Sakinlər isə ironik olaraq "küçədə istirahət üçün şərait" yaradıldığını deyirlər. Aidiyyəti qurumların məsələyə diqqət yetirməsi zəruridir. 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man