Hindistanın cənub qərbində yerləşən Karnataka ştatında sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 7 nəfər həlak olub, 26 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Xubli-Dxarvad şəhəri yaxınlığında baş verib. Avtobusun sürücüsü traktoru ötüb keçərkən qarşı hərəkət zolağına çıxıb və yük maşını ilə toqquşub. Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Qəza ilə bağlı təhqiqat başlayıb.
Hindistan ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin miqdarının ən yüksək olduğu ölkələrin reytinqində liderlərdən biri olaraq qalır. Belə ki, 2019-cu ildə ölkənin yollarında baş verən qəzalar zamanı 151 mindən çox ölüm halı qeydə alınıb.
AZƏRTAC
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man