Böyük Britaniyanın paytaxtı Londonda yerüstü və yeraltı dəmir yolu rabitəsi sisteminə inteqrasiya olunmuş “Crossrail” dəmir yolu nəqliyyatının yeni istiqaməti açılıb.
Avtosfer.az xəbər verir ki, ilkin mərhələdə qatarlar bazar günü istisna olmaqla, həftənin altı günü səhər saat 06:30-dan axşam 23:00-dək hərəkət edəcək.
Hazırkı Böyük Britaniya monarxının adını daşıyan “Yelizavet” xəttinin açılışı taxta çıxmasının 70 illiyi münasibətilə keçiriləcək genişmiqyaslı milli bayramlara təsadüf edir.
Qatarlar doqquz vaqondan ibarətdir və 1500-dək sərnişini qəbul edir. Hər il, təxminən, 200 milyon insanın “Crossrail”dən istifadə edəcəyi gözlənilir.
Xatırladaq ki, inşasına 2009-cu ildə başlanılan layihə 19 milyard funt-sterlinqə (23,7 milyard ABŞ dolları) başa gəlib. “Crossrail”in yaradılması prosesinə ümumilikdə 75 minə yaxın insan cəlb olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man