Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir. Avtosfer.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, mayın 23-ü, saat 23:00-dan etibarən yolun Azadlıq-Neftçilər prospektinin kəsişməsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur.
Bakı Şəhər DYP-nin şöbə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sürücülər Azadlıq prospekti ilə hərəkət edərkən yalnız sağa - "Hilton" otelin qarşısından Zərifə Əliyeva küçəsinə dönə bilərlər. Azadlıq prospektindən Neftçilər prospektinə çıxmaq üçün Sahil metrosunun qarşısından sola - Bülbül küçəsinə dönməklə hərəkət etmək mümkündür.
Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir.
Fidan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man