Brabus tüninq atelyesi Mercedes-AMG G 63 ofrouderinin əsasında yaratdığı yeni 900 Superblack layihəsini təqdim edib. Atelye avtomobili özünəməxsus korporativ üslubunda təkmilləşdirib: ofrouder daha güclü mühərrikə. aqressiv aerodinamik kuzov dəstinə və yenidən üzlənmiş interyerə sahib olub. Əvvəlki Brabus modellərindən fərqli olaraq, tüner yeniliyin tirajı məhdudlaşmayacaq - əlavə 430 218 avrosu olan hər kəs “superqara” ofrouderi ala bilər.
Standart Mercedes-AMG G 63 ofrouderi 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilib. Güc aqreqatı 9-pilləli “avtomat” və tam ötürmə sistemi ilə birlikdə çalışır.
Lakin tünerin fikrində bu güc kifayət deyil və Brarus mütəxəssisləri mühərrikin həcmini 4,4 litrə qədər artırıb, idarəetmə blokunu yenidən proqramlaşdırıb, daha səmərəli turbinləri və idman buraxılış sistemini quraşdırıblar - nəticədə mühərrikin gücü 315 at qüvvəsi artırılıb.
Transmissiya və hərəkət hissəsini qorumaq üçün fırlanma anı məcburi olaraq 1050 Nm ilə məhdudlaşdırılıb. Nəticədə, 900 at qüvvəli “uçan kərpic” 100 km/saat həddini cəmi 3,7 saniyəyə toplayır. Onun maksimal sürət isə, elektronika tərəfindən 280 ksaat həddində məhdudlaşdırılıb.
Avtomobil kuzovun enini 10 santimetr artıran Brabus Widestar kuzov dəsti alıb. Bütün hissələr görünən strukturunu qismən saxlayan və şəffaf lak ilə örtülən karbondan hazırlanıb - bütün digər elementlər, o cümlədən 24 düymlük Brabus Monoblock Z Platinum Edition təkər diskləri qara rəngə boyanıblar.
İdarəetmə xüsusiyyətlərini yaxşılaşdırmaq üçün klirens 45 millimetr aşağı salınıb - buna alüminiumdan hazırlanmış Brabus Ride Control asqı komponentləri sayəsində nail olunub. Brabus 900 Superblack modelinin salonu tamamilə qara rəngdədir - interyer tərtibatında dəri və karbondan istifadə olunur. Pedalların alüminiumdan örtmələri və qapıların 90 dərəcəyə açılmasını təmin edən yeni petlələr quraşdırılıb.
autograph.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man