Mayın 23-də Şəki şəhəri, S.Mümtaz küçəsində “Bazar” ASC-nin qarşısında fəaliyyət göstərən taksi minik avtomobillərinin sürücüləri ilə keçirilib. Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev sürücülərə izah edib ki, Şəki şəhəri S.Mümtaz küçəsində hərəkətin təhlükəsiziyinin təmin edilməsi məqsədilə, Qax-Zaqatala-Balakən rayonlarına gedən yolun S.Mümtaz küçəsindən keçməsi səbəbindən hərəkətin intensivliyinin yüksək olmasını, eləcə də həmin ərazidə, Olimpiya İdman Kompleksinin, Məhkəmə Kompleksinin Penitensiar Müəssisənin, Sərhəd Qoşunlarının Şəki şəhərində yerləşən 2006 saylı hərbi hissəsinin, Dövlət Yol Polis Bölməsinin, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Şəki-Bazar ASC-nin yerləşməsi səbəbindən piyadaların hərəkətinin sıx olmasını nəzərə alaraq, dayanma-durma qaydalarına ciddi riayət etsinlər. Belə ki, hər bir sürücü bilməlidir ki, avtomobili saxlayarkən elə bir yerdə saxlamalıdır ki, digər hərəkət iştirakçılarının normal hərəkət etmələrinə maneçilik törətməsin.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man