Yeni dələduzlar peyda olub – DİQQƏTLİ OLUN - FOTO

Gündəm 23 May 2022 | 14:38
OXUNUB: 1218

Müxtəlif zamanlarda hər cür dələduzluq əməllərinə əl atan insanlar rahat pul qazanmaq arxasıyca düşür. Bu dəfəki, “qəhrəmanımız” da özünə asan gəlir mənbəyi seçib.

Avtosfer.az-ın redaksiyasına göndərilən şikayət məktubunda, vətəndaş analoji halla rastlaşıb. Onun sözlərinə görə təzə növ fırıldaqçılar elan saytlarında hər hansı əşyanı bəyənərək sahibiylə xarici mobil operatorlar vasitəsilə əlaqə saxlayır. Özlərinin xarici olduğunu və seçilmiş əşyanın Azərbaycandakı qohumları üçün aldığını deyir. Nəticədə satıcı olan tərəfdən onlayn ödəmə üçün kartı, karta aid olan bütün məlumatları, eləcə də  şəxsiyyət vəsiqəsinin fiskal kodunu alaraq hesabda olan pulu mənimsəyir. 

Vətəndaşlardan daha diqqətli olmalarını, şəxsi məlumatlarını heç kimlə paylaşmamağı, bu kimi hallarla rastlaşdıqda polisə müraciət etmələri xahiş olunur.

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man