Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - Şirkətdən AÇIQLAMA

Yeniliklər 23 May 2022 | 14:18
OXUNUB: 1273

Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək. Bu barədə “APA-Economics”ə açıqlamasında Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın məlumat verib. Onun sözlərinə görə, yeni yolun inşasını Türkiyənin “Kolin İnşaat” şirkəti həyata keçirəcək. “Amma hələlik layihə plan şəklindədir və icrasına başlanılmayıb”, - deyə Cemal Yanğın əlavə edib.

Qeyd edək ki, “Kolin İnşaat” işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrin icrasında iştirak edir. Şirkət Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man