Bakı şəhərində çirkab suları Xəzər dənizinə axıdılır.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Bayraq meydanı tərəfində çirkab suları dənizə axıdılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, məsələ barədə artıq araşdırma aparılır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a Xəzərə axıdılan çirkab suları deyil:
“Qrunt sularıdır və tərkibində kükürd var. Vaxtı ilə ərazidən dənizə birbaşa axıdılan kanalizasiya xətlərinin hamısının qarşısı alınıb. Bu gün Bayraq meydanı ərazisindən dənizə heç bir çirkab sularının axıdılması müşahidə olunmur”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man