Şirvanda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan iki qardaş saxlanılıb - FOTO

23 May 2022 | 11:15
OXUNUB: 496

Şirvan Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mehdi Hüseynov və qardaşı, əvvəllər də narkotiklərə görə məhkum olunmuş İmanxan Hüsenov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslərin evlərinin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş ümumilikdə 96 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Şəhər məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man