Filippin sahillərində gəmidə baş verən yanğın nəticəsində azı 7 nəfər həlak olub.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə ölkənin sahil mühafizə xidməti məlumat verib.
Qeyd olunur ki, Polilo adasından Luson adasına yola düşən gəminin göyərtəsində 124 sərnişin və 10 heyət üzvü olub. Xilasedicilər yanan gəmidən 120 nəfəri xilas edə bilib. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. İtkin düşən 7 nəfərin axtarışları davam edir.
Yanğın gəminin sahilə çatmasına 1 km qalmış baş verib.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man