“Bloomberg”:“Aeroflot” təyyarələri ehtiyat hissələri üçün sökə bilər

23 May 2022 | 10:29
OXUNUB: 599

Rusiyanın “Aeroflot” aviaşirkəti ehtiyat hissələrinin çatışmazlığı səbəbindən üç ay ərzində bəzi təyyarələri ehtiyat hissələri üçün sökməyə başlaya bilər.

Avtosfer.az xəbər verir ki, bu barədə ekspert hesablamalarına istinadən “Bloomberg” məlumat yayıb.

Nəşr qeyd edir ki, xaricdən gətirilən modellərin Rusiya istehsalı olan təyyarələrlə əvəzlənməsi qıtlığı kompensasiya edə bilməyəcək.

“Şirkətin 350-dən çox təyyarəsinin əksəriyyəti Airbus və Boeing modelləridir. Daşıyıcı yaxınlaşmaqda olan ehtiyat hissələri çatışmazlığı ilə üzləşir. Mütəxəssislər aviaşirkətin inventarını üç ay kimi qiymətləndirir, bundan sonra o, təyyarəni hissələr üçün sökməyə başlaya bilər”-, məlumatda deyilir.

Aprelin 7-də ABŞ Ticarət Departamenti Aeroflot, Utair və Azur Air şirkətlərini nəinki ABŞ-dan məhsul almaq imkanından məhrum edib, həm də digər ölkələrdən Amerika mallarının təkrar ixracını qadağan edib. Sanksiyaların müddəti 180 gündür və uzadıla bilər.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man