İran “Apple” telefonlarının idxalına qadağa qoyub

22 May 2022 | 23:55
OXUNUB: 3292

İranda “Apple” markalı telefonların idxalını qadağan edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecədən etibarən “Apple” şirkətinin mobil telefonları sifarişi mümkün olmayan mallar qrupuna daxil edilib.

Mobil telefon idxalçıları bu gündən etibarən “iPhone” sifarişi ilə bağlı məhdudiyyətlərə məruz qaldıqlarını və bu telefon üçün sifariş verə bilmədiklərini deyirlər.

Qeyd edək ki, son həftələr “Apple” məhsullarının İrana idxalına qadağa qoyulacağı ilə bağlı xəbərlər yayılırdı.

İranın sənaye və ticarət naziri bu yaxınlarda prezidentə 2021-ci ildə “Apple” şirkətinin 1 milyard dollarlıq məhsulunun idxalına icazə verildiyini bildirmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man