"Hyundai" ABŞ-a 5 milyard dollar sərmayə qoyacaq

22 May 2022 | 22:51
OXUNUB: 2300

Cənubi Koreyanın "Hyundai Motor Group" avtomobil şirkəti ABŞ-a daha 5 milyard dollar sərmayə qoyacaq.

Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Çon Iy Son ABŞ prezidenti Co Baydenlə görüşü zamanı bildirib.

"Mən şirkətimizin gələcəyi ilə bağlı əlavə investisiyalara diqqət çəkmək istəyirəm. "Hyundai Motor Group" 2025-ci ilə qədər ABŞ-a əlavə 5 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu investisiyalar robototexnika, süni intellekt və sürücüsüz nəqliyyat vasitələrinin yaradılması kimi sahələrdə Cənubi Koreya korporasiyasının Amerika müəssisələri ilə əməkdaşlığını gücləndirəcək", - o, bildirib.

Şənbə günü şirkət Corciya ştatında 5,5 milyard dollar dəyərində elektrik avtomobili və akkumulyator istehsalı müəssisəsinin tikiləcəyini elan edib. Zavodda kommersiya istehsalına başlanması 2025-ci ilə planlaşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man