Köhnə "iPhone"-lar "WhatsApp"-ı dəstəkləməyəcək

22 May 2022 | 22:19
OXUNUB: 2250

"WhatsApp" messencerinin tərtibatçı komandası iOS 10 və iOS 11 platformasında çalışan "iPhone" smartfonlarında tətbiqin dəstəyini dayandırırlar.

Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı redaksiyaya daxil olnuş bildirişə əsasən məlumat yayıb.

Qeyd olunur ki, 24 oktyabr 2022-ci il tarixindən etibarən "WhatsApp" iOS 10 və iOS 11 əməliyyat sistemli cihazlarda dəstəklənməyəcək. "WhatsApp"-ın veb-saytının FAQ bölməsində iOS 12 minimum tələb olunan əməliyyat sistemi kimi qeyd olunub.

Beləliklə, "WhatsApp" artıq iPhone 5 və iPhone 5C smartfonlarında çalışmayacaq, çünki iOS 12 həmin cihazlar üçün mövcud deyil.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man