Gəncə şəhərində tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. Təbir zamanı ümumilikdə 24 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
*****
Gəncədə qaraçıların köhnə paltarların emalı üçün nəzərdə tutulan qutudan oğurluq etdiklərini əks etdirən görüntülər yayımlanıb.
Avtosfer.az xəbər verir ki, yerli sakinlər şəhər ərazisində bu kimi halların baş verməsindən narazılıqlarını bildiriblər.
Görüntülərdə qadının belinə bağladığı körpəsi ilə emal qutusundakı geyimləri çıxardığı anlar əks olunub. Videoda daha sonra azyaşlı uşağın da həmin qadın və yanındakı kişi tərəfindən sözügedən qutunun içərisinə girməsinə kömək etdikləri və oradan paltarları çıxardıqları anlar əks olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man