Almaniyanın sürət limiti olmayan avtobanları hər kəsə məlumdur.
Avtosfer.az-ın xəbərinə görə, Avropa ölkələrinin əksəriyyətində makimal sürət 110-130 km/saat arası olduğu halda, Almaniya yollarının 490 kilometrində heç bir limit yoxdur. Lakin bunun da sonu görünür.
Bu günlərdə Aşağı Saksoniyada toplanan 16 federal torpağın ekologiya nazirləri limitsiz sürətə son qoymaqla bağlı razılaşdılar. Lakin hələlik hansı sürətin üzərində dayanmaqla bağlı qərar verilməyib. Lakin hər bir halda maksimal həddin 130 km/saat olacağını söyləmək mümkündür.
Nazirlərin fikrincə sürət həddini 130-dan 110 km/saata endirdikdə istixana qazlarının da həcmi 20% azalır. Üstəgəl sürətin 10 km/saat aşağı salınması avropa yollarında gündəlik 68 milyon litr yanacağa qənaət etməyə imkan verər. Bu da hər sürücünün ildə 60 avro qənaət etməsi anlamına gəlir.
Qeyd edək ki, sürət limiti məsələsinin həm də siyasi tərəfi var. Avropa Rusiyadan idxal olunan neft məhsullarından asılılığı maksimum tez bir zamanda aradan qaldırmağa çalışır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man