Mikroavtobus məktəblini VURDU - FOTO

21 May 2022 | 23:19
OXUNUB: 3742

Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki,  hadisə axşam saatlarında, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Səməd Qurbanov idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən 2010-cu il təvəllüdlü Elvin Məmmədlini vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyəti orta-ağırdır. Qeyd edək ki, mikroavtobus Zaqatala-Bakı marşrut xətti ilə hərəkət edirmiş. Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man