Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təlim və Keyfiyyətə Təminat şöbəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin 27 nəfər müvafiq qurum əməkdaşına “Döyüş sahəsinin təmizlənməsi” təlimi keçirilir.
ANAMA-dan Avtosfer.az-a verilən xəbərə görə, bir həftə davam edən təlimin əsas məqsədi mütəxəssislərin döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqlara yiyələnməsidir. Təlim proqramı Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunda yerləşən regional mərkəzində keçirilir. Təlim zamanı nümayəndələrə döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, sahənin qurulması, texniki təhlükəsizlik qaydaları, ərazinin vizual və yeraltı yoxlanılması, işarələmə vasitələrindən istifadə edilməsi, aşkar edilən sursatların qiymətləndirilməsi kimi biliklər öyrədilir. Təlimi müvəffəqiyyətlə tamamlayan nümayəndələrə ANAMA tərəfindən müvafiq şəhadətnamələr təqdim olunacaq. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən humanitar minatəmizləmə fəaliyyəti çərçivəsində keçirilən növbəti təlimdir. Bu kimi fəaliyyətin təşkili, işğaldan azad edilmiş ərazilərdə Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun əməliyyatların icrasında vacib addımlardan biridir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man