2021-ci ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri üzrə daxilolmalar 421,9 milyon manat və ya proqnoza nisbətən 131,9 milyon manat (45,5 faiz) çox olub.
Avtosfer.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb. Hesabatda qeyd edilib ki, ümumi daxilolmalarda yol vergisi 119,1 milyon manat, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi 5,4 milyon manat, idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu 252,5 milyon manat, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumu 44,8 milyon manat təşkil edib. Əlavə daxil olan vəsait əsasən 2021-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin sayının 2020-ci illə müqayisədə 34117 ədəd və ya 67,3 faiz artması nəticəsində həmin avtomobillərə tətbiq olunan idxal üzrə gömrük rüsumlarının məbləğindəki artımın hesabına olub. 2021-ci ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri üzrə icra tam məbləğdə, yəni 290,0 milyon manat təşkil edub. Bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına yönəldilib. 2022-ci il 1 yanvar tarixinə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 181,4 milyon manat təşkil edib və ya 2021-ci ilin əvvəli ilə müqayisədə 131,9 milyon manat artıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man