Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə Əl Oyunları Sarayının qarşısında baş verib. Belə ki, 99 ET 319 dövlət nömrə nişanlı, "Opel" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Bununla da təhlükə yaradıb. İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinə görə o, 100 manat və 4 bal cərimə olunmalıdır. Qeyd edək ki, ərazidə xidmət aparan yol polisləri bu qayda pozuntusuna görərək sürücünü saxlayıb.
Şəfa Nəsibova
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man