Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man