“Mercedes”dən 25 ton oğurluq dəmir çıxdı - FOTO

20 May 2022 | 21:34
OXUNUB: 8291

Xocavənd rayonuna qanunsuz daxil olanlar saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çıraquz kəndində xidmətdə olan zaman Şamil Nurməmmədov, Ədalət Qasımov və Elşad Bayramovun idarələrindəki “Mercedes” markalı yük avtomobilini nəzarət qaydasına uyğun saxlayıblar. Araşdırma zamanı həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmadığı müəyyən edilib. Həmçinin avtomobilin yük yerinə baxış keçirilən zaman bu ərazilərdən qanunsuz olaraq topladıqları çəkisi 25 tona yaxın olan qara metal tullantıları aşkar edilib. Faktla bağlı Xocavənd rayon Polis Şöbəsində adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.   

Dəmir yığılan yük maşını

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man